Bank Of Baku

YAP-ın 2014-cü ildə gəliri 7 milyon 433 min manat olub

YAP-ın 2014-cü ildə gəliri 7 milyon 433 min manat olub
# 29 yanvar 2015 13:24 (UTC +04:00)

YAP-dan APA-ya verilən məlumata görə, baş nazirin müavini, partiya sədrinin müavini-icra katibi Əli Əhmədov iclasın gündəliyində olan məsələlər barədə çıxış edərək bildirib ki, 2014-cü ildə Azərbaycanın iqtisadi və sosial həyatında inkişaf uğurla davam etdirilib. O qeyd edib ki, ötən ilin başlıca siyasi hadisəsi bələdiyyə seçkiləri olub.

 

Daha sonra çıxışlarda bildirilib ki, Yeni Azərbaycan Partiyasının sıralarına hesabat dövrü ərzində 29 min nəfərdən çox yeni üzv qəbul edilib və beləliklə, partiya üzvlərinin sayı 646 min nəfəri keçib. Partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil edib.

 

İdarə Heyətinin iclasında YAP-ın ötən ilə dair maliyyə hesabatı dinlənilib. Qeyd olunub ki, 2014-cü ildə Yeni Azərbaycan Partiyasının gəlirləri 7.433.486.37 manat olub. Bunun 6.180.077.29 manatını üzvlük haqlarından, 100.000 manatını depozitdən əldə olunan daxilolmalar, 1.153.409.08 manatını büdcədən ayrılan vəsait təşkil edib. Yeni Azərbaycan Partiyasının hesabına daxil olan maliyyə vəsaitinin 3. 474.940.04 manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əməkhaqqının ödənilməsinə, 656.469.91 manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərin, o cümlədən gənclər üçün təşkil edilən yay və qış məktəblərinin və digər tədbirlərin maliyyələşməsinə, 130. 043.12 manatı ezamiyyə xərclərinə, 317.785.98 manatı inventarların alınmasına, 91.908.11 manatı təmir işlərinə, 47.797.35 manatı çap işlərinə, 368.599.96 manatı kommunal və təsərrüfat xərclərinə, 43.322.28 manatı dəftərxana xərclərinə, 10.000 manatı depozit faizindən mənfəət vergisinə, 173.326.67 manatı yanacaq və avtomobillərə xidmət işlərinə, 41.801.17 manatı bank xidmətinə, 122.773.99 manatı isə sair xərclərə sərf edilib.

 

Beləliklə, Yeni Azərbaycan Partiyasının cəmi xərcləri 5.478.768.58 manat təşkil edib. Hesabat ilinin sonuna toplanan vəsaitin 1.954.717.79 manatı partiyanın və yerli təşkilatlarının hesabında qalıb.

 

YAP İdarə Heyətinin 2014-cü ilə dair hesabatı, illik statistik hesabat, partiyanın maliyyə hesabatı və İdarə Heyətinin 2015-ci ilin birinci yarımilliyinə dair iş planı geniş müzakirə olunduqdan sonra qəbul olunub.

 

İdarə Heyətinin qərarı ilə YAP Siyasi Şurasının üzvü, MM-in deputatı Aydın Mirzəzadə İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin,  deputat Sevinc Fətəliyeva isə Beynəlxalq əlaqələr şöbəsinin müdiri təsdiq edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR