Bakı. Ramiz Mikayıloğlu - APA. “Hələlik “El” Hərəkatından ayrılıb-ayrılmamaq barədə fikirləşməmişəm”.
Bunu APA-ya açıqlamasında “El” Hərəkatının üzvü, politoloq Zəfər Quliyev söyləyib.
Z. Quliyev 20 ildir ki, politoloq kimi fəaliyyət göstərdiyini, öz işlərinə davam etdiyini bildirib.
“El” Hərəkatı Ali Məclisinin sabiq sədri Eldəniz Quliyev “El” Hərəkatından çıxmasına münasibət bildirmək istəməyən Z. Quliyev “El” Hərəkatının qurultayına hazırlıqla bağlı görülən işlər barədə də dolğun məlumata malik olmadığını qeyd edib: “Qurultaya hazırlıqla bağlı təşkilati işlərini Eldar Namazov öz üzərinə götürüb, daha dolğun məlumat da ondadır”.
Qeyd edək ki, bu gün “El” Hərəkatı Ali Məclisinin sabiq sədri Eldəniz Quliyev “El” Hərəkatından uzaqlaşdığını bəyan edib. O, bu addımını “El” Hərəkatının fəaliyyət göstərməməsi ilə izah edib.