Bank Of Baku

ADY sədri: Sərnişindaşıma xidmətinin dünya standartlarına uyğunlaşdırılması üçün işlər görülür

ADY sədri: Sərnişindaşıma xidmətinin dünya standartlarına uyğunlaşdırılması üçün işlər görülür
# 12 iyun 2024 13:19 (UTC +04:00)

Sərnişindaşımada əsas prioritet məsələlərimizdən biri xidmət coğrafiyasının genişləndirilməsi deyil, xidmət keyfiyyətinin artırılmasıdır.

"APA-Economics" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov bu gün İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan yeni, müasir və komfortlu FLIRT – Flinker Leichter Intercity- und Regional-Triebzu (Sürətli, Rahat Şəhərlərarası və Regional Qatar) markalı qatarların istifadəyə verilməsilə bağlı tədbirdə deyib.

Sədr əlavə edib ki, ADY tərəfindən sərnişindaşıma xidmətinin dünya standartlarına uyğunlaşdırılması üçün davamlı işlər görülür.

"İsveçrənin “Stadler Rail Group” şirkəti ilə bağlanmış müqaviləyə əsasən 10 sərnişin qatarı alınıb. 2019-cu ildə ADY ilə şirkət arasında imzalanmış müqaviləyə əsasən alınmış FLIRT tipli 10 müasir qatardan dördü artıq ölkəmizdədir və test yürüşlərini tamamlayıb, 6 qatar ilin sonuna kimi ölkəyə gətiriləcək. Qatarlar innovativ həllərlə təchiz olunub. Digər məsələ qatarlarda rəqəmsallaşmanın artırılmasıdır. Bütövlükdə, bu işlər sərnişindaşımada yeni xidmət standartına təkan verəcək", - deyə R. Rüstəmov əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR