Orta dəhliz uzaq Çini Şərqi Avropaya birləşdirən ən qısa, etibarlı, səmərəli nəqliyyat layihəsidir. Orta dəhlizin potensialının reallaşdırılması üçün çox ciddi layihələr həyata keçirmişik.
"APA-Economics" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan “Orta Dəhliz: perspektivlər və çağırışlar” panelində deyib.
O bildirib ki, Orta dəhliz dünya ictimaiyyətinin diqqətindədir, orta və uzunmüddətli dövrdə bu dəhizlə daşımaların 11 milyon tona, sonra isə 30 milyon tona çatacağı planlaşdırılır.