Bank Of Baku

Nazir müavini: “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizi böyük potensiala malikdir

Energetika nazirinin müavini Orxan Zeynalov

© APA | Energetika nazirinin müavini Orxan Zeynalov

# 05 iyun 2024 15:28 (UTC +04:00)

“Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizinin həyata keçməsi uçün zəruri şərait və komponentlər mövcuddur. Dəhliz böyük potensiala malikdir.

"APA-Economics" xəbər verir ki, bunu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumunda çıxışı zamanı energetika nazirinin müavini Orxan Zeynalov bildirib.

Onun sözlərinə görə, dənizdə küləkdən istehsal edilən elektrik enerjisini Avropaya çatdıracaq bu dəhlizin həyata keçməsi üçün həm Azəbaycanın yüksək bərpa olunan enerjipotensialı, həm də ki, tələbat var.

Nazir müavini əlavə edib ki, "Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizi layihəsinə böyük ehtiyac var və gələcəkdə bu ehtiyac daha da artacaq.

Orxan Zeynalovun sözlərinə görə, Mərkəzi Asiya ölkələrinin də böyük külək enerjisi potensialı var və bu potensialı istifadə etmək üçün, yaşıl enerjini “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizi vasitəsi ilə ixrac etmək məqsədilə müvafiq danışıqlar və əməkdaşlıq aparılır.

"Bunları nəzərə alaraq, “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizinin həyata keçirilməsi bütün tərəflər üçün faydalı olacaq", - nazir müavini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR