Bank Of Baku

DAK Borçalı və Dərbəndə yaşayan azərbaycanlıların problemləri ilə bağlı dövlət qurumlarına məlumat verəcək

DAK Borçalı və Dərbəndə yaşayan azərbaycanlıların problemləri ilə bağlı dövlət qurumlarına məlumat verəcək
# 21 avqust 2008 13:40 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Dünya Azərbaycanlıları Konqresinin Qulamrza Səbri Təbrizinin rəhbərlik etdiyi qanadı Borçalı (26-28 iyun) və Dərbənddə (16-18 avqust) yaşayan azərbaycanlılarla görüşləri ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, DAK həmsədri Paşa Qəlbinur bildirib ki, tədbirin ilk günü Marneuli şəhərində DAK-ın Gürcüstan nümayəndəliyi təsis olunub və Rizvan Qarayev nümayəndəliyin rəhbəri təyin edilib. Növbəti gün Borçalıda yaşayan soydaşlarımızla görüş keçirilib. İlya Çavçavadze adına Gürcüstan Dövlət Universitetinin Marneuli filialında keçirilən görüşdə azərbaycanlıların problemləri, ana dilində təhsil məsələləri müzakirə edilib. Dərbənd səfəri zamanı isə Dağıstanda Azərbaycan türklərinin yaşadığı bölgələrə baş çəkilib, ziyalılarla, yerli hakimiyyət orqanlarında məsul vəzifələrdə çalışan azərbaycanlılarla görüşlər keçirilib. P. Qəlbinur deyib ki, görüşdə Dağıstanda yaşayan 120 mindən artıq soydaşımızın iqtisadi, siyasi, mədəni, habelə təhsillə bağlı problemləri müzakirə olunub. Onun sözlərinə görə, DAK soydaşlarımızın üzləşdiyi problemlərlə bağlı Azərbaycanın dövlət qurumlarına, o cümlədən də Xarici İşlər Nazirliyinə məlumat verəcək. Konfransda çıxış edən DAK-ın fəxri sədri Qulamrza Səbri Təbrizi, təşkilatın İdarə Heyətinin üzvü Vaqif Sultanlı və digərləri Azərbaycan dövlətinin beynəlxalq qanunlar çərçivəsində bu ərazilərdə aborigen olan azərbaycanlıların problemlərinə diqqət yetirməyə çağırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR