Bank Of Baku

İctimai Komitənin üzvləri 10 saylı cəzaçəkmə müəssisəsinə baş çəkiblər

İctimai Komitənin üzvləri 10 saylı cəzaçəkmə müəssisəsinə baş çəkiblər
# 23 avqust 2008 07:43 (UTC +04:00)
Bakı – APA. Ədliyyə Nazirliyi yanında Penitensiar Sistemə Nəzarət İctimai Komitəsinin üzvləri Eldar Zeynalov, Elmira Ələkbərova, Elmari Məmişov və İnsan Hüquqları Müdafiə Mərkəzinin üzvü Zəlihə Tahirova 10 saylı ümumi rejimli cəzaçəkmə müəssisəsinə baxış keçiriblər. E. Zeynalovun APA-ya verdiyi məlumata görə, monitorinq zamanı məlum olub ki, 1200 yerli müəssisədə hazırda 760 məhkum saxlanılır. Müəssisədə cəza çəkənlər əsasən, az ağır cinayət törətmiş məhkumlardır. Onların bir hissəsi narkotik vasitələrdən istifadəyə görə məhkum edilib. Ötən il narkomanların 80 faizi müalicə üçün Mərkəzi Müalicə Müəssisəsinə göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR