Bank Of Baku

Avropa Parlamentində Güney Azərbaycan probleminə həsr olunmuş beynəlxalq seminar keçiriləcək

Avropa Parlamentində Güney Azərbaycan probleminə həsr olunmuş beynəlxalq seminar keçiriləcək
# 28 avqust 2008 01:07 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) Qulamrza Səbri Təbrizi qanadının təşəbbüsü ilə bu il sentyabrın 10-da Avropa Parlamentinin Belçikanın paytaxtı Brüsseldə yerləşən binasında Güney Azərbaycan probleminə həsr olunan beynəlxalq seminar keçirəcək.

DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, seminarda İranda insan haqları, bu ölkədə yaşayan azərbaycanlıların hüquqları müzakirə predmeti olacaq.

Seminarda Avropa Parlamentinin üzvləri, Azərbaycanşünas alimlər və mətbuat nümayəndələri iştirak edəcəklər. Mətbuat xidmətindən o da bildirilib ki, bu, konqresin təşəbbüsü ilə Avropa Parlamentinin binasında keçirilən ikinci tədbirdir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR