Bank Of Baku

İsveçrədə fəaliyyət göstərən Azərbaycan dili və Mədəniyyəti Məktəbinin ikinci tədris ili başlanıb

İsveçrədə fəaliyyət göstərən Azərbaycan dili və Mədəniyyəti Məktəbinin ikinci tədris ili başlanıb
# 28 avqust 2008 13:51 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bern şəhərində İsveçrədə fəaliyyət göstərən Azərbaycan dili və Mədəniyyəti Məktəbinin (ADMM) ikinci tədris ili başlanıb. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən APA-ya daxil olan məlumata görə, İsveçrədəki Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (İAMM) bu layihəsinə İsvecrə Maarif Nazirliyi dəstək verir. Bu il Bern şəhər İcra Hakimiyyəti məktəb üçün üç böyük sinif otağı ayırıb. Sinif otaqları təhsil üçün hər cür avadanlıqla təchiz edilib.
Məkrtəbdə yaş qrupuna görə iki sinif var.
Qeyd edək ki, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi İsveçrədəki Azərbaycan dili və Mədəniyyəti Məktəbinin bu il də dərslik və digər zəruri vəsaitlərlə təmin olunması məqsədilə hər cür yardım göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR