Bank Of Baku

Vaşinqtonda “Azərbaycan–ABŞ strateji tərəfdaşlıq münasibətlərinin inkişafında diasporanın rolu” mövzusunda konfrans keçiriləcək

Vaşinqtonda “Azərbaycan–ABŞ strateji tərəfdaşlıq münasibətlərinin inkişafında diasporanın rolu” mövzusunda konfrans keçiriləcək
# 02 sentyabr 2008 10:21 (UTC +04:00)
Bakı-APA. Oktyabrın 1-2-də Vaşinqtonda “Azərbaycan–ABŞ strateji tərəfdaşlıq münasibətlərinin inkişafında diasporanın rolu” mövzusunda konfrans keçiriləcək. Tədbirin təşkilatçısı Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi və ABŞ-da fəaliyyət göstərən “US Azeris Network” (USAN) şəbəkəsidir. Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransda Amerikadakı Azərbaycan diasporunun siyasi fəallığı, onun keçdiyi yol və gələcək perspektivləri, Amerika azərbaycanlılarının bu günü və s. məsələlər müzakirə olunacaq. Tədbirin digər hissəsi isə əsasən enerji təhlükəsizliyi məsələlərinə həsr ediləcək. Konfransda Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev, Azərbaycanın BMT yanında Nümayəndəliyinin rəhbəri Aqşin Mehdiyev, millət vəkilləri Qənirə Paşayeva, Asim Mollazadə, Azərbaycanın Los Ancelesdəki Baş konsulu Elin Süleymanov, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, ABŞ Dövlət Departamenti və Dünya Bankının təmsilçisi, ABŞ Dövlət Katibinin müavininin köməkçisi Metyu Brayza, ABŞ Konqresinin üzvü və başqaları iştirak edəcəklər. Tədbirə həmçinin Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov da dəvət olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR