Bank Of Baku

Arxeologiya və Etnoqrafiya İnstitutu: “Qubada kütləvi məzarlıqda aparılan tədqiqatın nəticələrinin turistlərə göstərilməsi üçün xüsusi şərait yaradılmalıdır”

Arxeologiya və Etnoqrafiya İnstitutu: “Qubada kütləvi məzarlıqda aparılan tədqiqatın nəticələrinin turistlərə göstərilməsi üçün xüsusi şərait yaradılmalıdır”
# 08 sentyabr 2008 13:09 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. “Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Qubada aşkar edilən kütləvi məzarlıqda tədqiqat aparan elmi ekspedisiyası böyük işlər gördü. İl yarım müddətində ərazidə aparılan arxeoloji qazıntılar nəticəsində insan sümükləri üzə çıxarıldı. İnsan cəsədinin qalıqlarının üzə çıxarılması çox çətin və gərgin işdir. İnstitutumuzun elmi ekspedisiyası bu işin öhdəsindən uğurla gəlib”. Bunu APA-ya açıqlamasında Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Müseyibli deyib. O, qazıntı işlərinin nəticəsinin bundan sonra mühafizəyə ehtiyacı olduğunu bildirib: “Biz arzu edərdik ki, tədqiqatın nəticələri yüksək səviyyədə konservasiya edilib saxlanılsın və onların ölkə vətəndaşlarına, eləcə də turistlərə göstərilməsi üçün xüsusi şərait yaradılsın”. N. Müseyibli Azərbaycan ərazisində ermənilərin həyata keçirdiyi soyqırıma dair hələlik başqa məzarlığın aşkar edilmədiyini bildirib: “Qubada aparılan tədqiqatla yanaşı, Neftçalanın Dirov dağ ərazisində aşkar edilən məzarlıqda arxeoloji kəşfiyyat işləri aparıldı və buranın soyqırımla əlaqədar kütləvi məzarlıq olması təsdiqlənmədi”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR