Bank Of Baku

İsraildə keçirilən bələdiyyə seçkilərində Azərbaycan əsilli iki yəhudi iştirak edəcək

İsraildə keçirilən bələdiyyə seçkilərində Azərbaycan əsilli iki yəhudi iştirak edəcək
# 09 sentyabr 2008 08:33 (UTC +04:00)
İsrail-APA. Noyabrın 11-də İsraildə keçiriləcək bələdiyyə seçkilərində iki həmyerlimiz namizəd qismində iştirak edəcək. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, bunlar Azərbaycandan köçmüş yəhudilər - Adam Amilov və Mixemia Mixaillidir. Hər iki namizəd Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (Azİs) vitse-prezidentləridir. Mixemia Mixailli seçkilərə Akko şəhərində qatılıb və bu şəhərin meri vəzifəsi uğrunda mubarizə aparan namizədlərdən biridir. Adam Amilov isə Kiryat Yam şəhərində merin muavini vəzifəsinə iddialıdır. Xatırladaq ki, o artıq bir dəfə bu şəhərin mer müavini vəzifəsində çalışıb. Qeyd edək ki, həm Akko, həm də Kiryat Yam şəhərləri Azərbaycandan köçmüş yəhudilərin kompakt yaşadığı yerlərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR