Bank Of Baku

İsraildə keçiriləcək bələdiyyə seçkilərinə daha bir Azərbaycan əsilli yəhudi qatılıb

İsraildə keçiriləcək bələdiyyə seçkilərinə daha bir Azərbaycan əsilli yəhudi qatılıb
# 12 sentyabr 2008 08:32 (UTC +04:00)
Bakı-APA. Noyabrın 11-də İsraildə keçiriləcək bələdiyyə seçkilərində Azərbaycan əsilli daha bir yəhudi - Yuri Boçarov iştirak edəcək. Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (Azİs) İdarə Heyətinin üzvü olan Y. Boçarov Hayfa şəhəri merinin müavini vəzifəsinə namizədliyini irəli sürüb. Bu barədə APA-ya Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib. Y. Boçarov 1958-ci ildə Bakıda anadan olub. İsrailə 1991-ci ildə köçüb, 2007-ci ildən Hayfa şəhər bələdiyyəsində rusdilli əhali ilə iş üzrə əlaqələndiricidir. O, 1998-2003-cü illərdə deputat olub və Neşer şəhəri merinin müavini işləyib.
Qeyd edək ki, İsraildə keçiriləcək bələdiyyə seçkilərində iştirak edən digər iki həmyerlimiz-Adam Amilov və Mixemia Mixailli Azİs-in vitse-prezidentləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR