Bank Of Baku

Kanadada Bakının işğaldan azad edilməsinin 90-cı ildönümünə həsr olunan tədbir keçiriləcək

Kanadada Bakının işğaldan azad edilməsinin 90-cı ildönümünə həsr olunan tədbir keçiriləcək
# 12 sentyabr 2008 13:59 (UTC +04:00)
Bakı-APA. Sentyabrın 20-də Kanadanın Toronto şəhərində Bakının bolşeviklərdən və erməni daşnaklarından azad edilməsinin 90-cı ildönümünə həsr olunmuş tədbir keçiriləcək. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Kanada-Azərbaycan Assosiasiyaları Assambleyası”nın təşkil etdiyi tədbir “15 sentyabr 1918–ci ildə Bakının azad olunması və Azərbaycan–Türkiyə Qardaşlığının Zəfəri” adlanır. Tədbirdə Azərbaycanın Kanadadakı Səfirliyinin əməkdaşları, Kanadada fəaliyyət göstərən Azərbaycan və Türk diaspora təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR