Bank Of Baku

Almaniyanın Mayns şəhərində Milli Azlıqların Beynəlxalq Festivalı keçirilib - FOTO

Almaniyanın Mayns şəhərində Milli Azlıqların Beynəlxalq Festivalı keçirilib - <font color=red>FOTO</font>
# 16 sentyabr 2008 14:21 (UTC +04:00)
Bakı-APA. Almaniyanın Mayns şəhərində Milli Azlıqların Beynəlxalq Festivalı keçirilib. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Mayns Şəhər Bələdiyyəsinin təşkil etdiyi festivalda Azərbaycan icmasını "Maynts-Azərbaycan" Cəmiyyəti və Frankfurt-Azərbaycan Cəmiyyəti təmsil edib. Tədbirdə bir neçə ölkənin Almaniyadakı səfirliklərinin və beynəlxalq təşkilatların nümayəndələri, Mayns Bələdiyyəsinin başçısı Jens Boytel, Federal millət vəkili Mixael Hartmann, Türkiyənin Mayntsdakı Bas konsulu Aydan Yamancan, Maynts şəhərindəki müxtəlif xalqların diaspor təşkilatları, eləcə də "Mayns-Azərbaycan" Cəmiyyətinin sədri Başar Kömür və başqaları iştirak ediblər.
Festivalın keçirildiyi Maynsın "Domplatz" meydanının mərkəzində Azərbaycan guşəsi yerləşdirilib. Soydaşlarımız Azərbaycan haqqında hazırlanmış bilgi vərəqələrini meydanda festival iştirakçılarına paylayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR