Bank Of Baku

Belarusdakı Azərbaycan İcmaları Konqresi Azərbaycandakı seçkilərlə bağlı iclas keçirib

Belarusdakı Azərbaycan İcmaları Konqresi Azərbaycandakı seçkilərlə bağlı iclas keçirib
# 19 sentyabr 2008 21:30 (UTC +04:00)
Bakı-APA. Minskdə Belarusdakı “Azərbaycan İcmaları Konqresi”nin iclası keçirilib. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda oktyabrın 15-də Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlıq, Belarusda yaşayan Azərbaycan vətəndaşlarının səsvermədə fəal iştirak etməsi müzakirə olunub. Belarusdakı diaspora fəalları son 5 ildə Azərbaycanda bütün sahələrdə aparılan islahatlar, iqtisadiyyatda və əhalinin yaşayış səviyyəsində müşahidə olunan yüksək inkişaf templəri, daxili və xarici siyasətdəki uğurlar və digər məsələlər barədə fikir mübadiləsi aparıblar. Toplantının sonunda qəbul olunan bəyanatda qeyd olunub ki, Belarusda yaşayan bütün Azərbaycan vətəndaşları İlham Əliyevin namizədliyini dəstəkləyir və prezident seçkilərində ona səs verəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR