Bank Of Baku

Ukrayna Azərbaycanlıları Konqresi Azərbaycanda keçiriləcək seçkilərlə bağlı müzakirələr aparıb

Ukrayna Azərbaycanlıları Konqresi Azərbaycanda keçiriləcək seçkilərlə bağlı müzakirələr aparıb
# 22 sentyabr 2008 14:04 (UTC +04:00)
Bakı-APA. Kiyevdə Ukrayna Azərbaycanlıları Konqresi (UAK) İdarə Heyətinin iclası keçirilib. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, UAK-ın ölkənin 26 regionu üzrə təşkilatından nümayəndələrin qatıldığı toplantıda oktyabrın 15-də Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlıq müzakirə olunub. İclasda Ukraynada yaşayan, işləyən, təhsil alan Azərbaycan vətəndaşlarının seçkilərdə prezidentliyə namizəd İlham Əliyevə səs verəcəklərini əks etdirən bəyanat qəbul edilib. Bəyanatda qeyd olunub ki, İlham Əliyevin prezident kimi fəaliyyət göstərdiyi 5 il ərzində Azərbaycan iqtisadi, siyasi, mədəni, sosial məsələlərin həllində yüksək nailiyyətlər əldə edib. Bəyanat müəllifləri UAK-ın İlham Əliyevin Azərbaycan diasporasının gücləndirilməsi üçün gördüyü işləri alqışladığını və prezident seçkilərində onun namizədliyini dəstəkləyəcəyini bəyan ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR