Bank Of Baku

Azərbaycanli alim Türkiyənin Mersin Universitetinin dekanı seçilib

Azərbaycanli alim Türkiyənin Mersin Universitetinin dekanı seçilib
# 23 sentyabr 2008 09:43 (UTC +04:00)
F. Abdullayev APA-nın Türkiyə bürosuna açıqlamasında Türkiyəyə 1994-cü ildə gəldiyini deyib: “Bir müddət Trabzondakı Qara Dəniz Texniki Universitetində çalışdım. 1998-ci ildən bəri isə Mersin Universitetinin fənn-ədəbiyyat fakültəsində işləyirəm. Kafedra müdiriyəm və universitet Senatının üzvüyəm. İş yoldaşlarım məni dekan vəzifəsinə namizəd göstərdilər və bu vəzifəyə seçki ilə seçildim. Sentyabrın 16-da Ali Təhsil Qurumu məni bu vəzifəyə təsdiqlədi. Bizi gözləyən böyük işlər var. İş yoldaşlarımla birlikdə fakültəmizi universitetimizin qabaqcıl qurumu səviyyəsinə gətirəcəyimizə inanıram. Mənim bu vəzifəyə seçilməyim bir daha göstərir ki, Türkiyə ilə Azərbaycan həqiqətən eyni millətin iki dövlətidir. Türkiyədə azərbaycanlı həmkarlarımız istənilən vəzifəyə seçilə bilirlər – yetər ki, buna layiq olsunlar. Buradan Azərbaycandakı alimlərə müraciət edirəm ki, buralara gəlsinlər və onlarla birlikdə ikinci dalğanın yolunu açaq. Bilirsiniz ki, son illərdə Türkiyədə 30-dan artıq universitet açılıb. Buna görə də böyük elmi potensiala ehtiyac var”.

Professor hər gün Azərbaycanın 4 televiziya kanalını izlədiyini və ölkənin sürətlə böyüməsindən xəbərdar olduğunu söyləyib: “Ölkəmiz layiq olduğu yerə gələcək. Qarabağ problemi həll edilməlidir. Çünki bu, bizim qəlbimizə saplanmış bıçaqdır. Aparılan siyasət nəticəsində yaxın vaxtlarda problemin həll ediləcəyinə inanıram”.

Qeyd edək ki, 1957-ci ildə Şamaxı rayonunda anadan olan Fəxrəddin Abdullayev Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib. 1986-cı ildə Ukraynada namizədlik, 2003-cü ildə isə eyni ölkədə doktorluq dissertasiyası müdafiə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR