Bank Of Baku

Azərbaycan təşkilatları Londonda etiraz aksiyaları keçirib

Azərbaycan təşkilatları Londonda etiraz aksiyaları keçirib
# 24 sentyabr 2008 07:54 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Güney Azərbaycan İstiqlal Partiyasının və bu ölkədə fəaliyyət göstərən digər Azərbaycan təşkilatlarının təşəbbüsü ilə Böyük Britaniyanın paytaxtı Londonda etiraz aksiyaları keçirilib. Dünya Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, aksiyalar sentyabrın 21-də BBC telekompaniyasının, sentyabrın 22-də isə bu ölkənin parlament binasının qarşısında keçirilib. Aksiyalarda İranda yaşayan azərbaycanlıların milli, təhsil və digər sosial problemlərinin həll olunması tələbləri irəli sürülüb. Piket iştirakçıları “Öz dilində mədrəsə - olmalıdır hər kəsə!”, “Azərbaycanlı siyasi məhbuslar azadlığa buraxılsın!”, “Azərbaycan oyaqdır - öz varlığına dayaqdır!”, “Mənim dilim ölən deyil - fars dilinə dönən deyil!”, “Haray-haray, mən türkəm!” və digər şüarlar səsləndiriblər.

Qeyd edək ki, sentyabrın 27-də Almaniyanın Köln şəhərində də analoji aksiya keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR