Bank Of Baku

İlqar Hacıyev: “Moskvaya qazanc dalınca gələn soydaşlarımızın sayı azalıb”

İlqar Hacıyev: “Moskvaya qazanc dalınca gələn soydaşlarımızın sayı azalıb”
# 24 sentyabr 2008 13:56 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. “Moskvaya qazanc dalınca gedən azərbaycanlıların sayı günü-gündən azalır”. Bu açıqlamanı APA-ya Bakıda səfərdə olan Ümumrusiya Azərbaycan Konqresinin Moskva nümayəndəliyinin rəhbəri İlqar Hacıyev verib. O, Rusiya paytaxtına axının azalmasını Azərbaycanda yeni iş yerlərinin açılması ilə izah edib. İ. Hacıyev hazırda Moskvaya gələn əmək miqrantları üçün çox rahat olan “bir pəncərə” sistemi yaradıldığını deyib: “Soydaşlarımız bütün sənədləri təqdim edərək onların əsasında həm işləmək üçün icazə alır, həm qeydiyyata düşür və 3 ay Moskva şəhərində qalıb çalışa bilirlər. Bu sistem tətbiq olmamışdan əvvəl Moskvada qeyri-qanuni çalışan soydaşlarımızın hüquqları tez-tez pozulurdu, bu səbəbdən Ümumrusiya Azərbaycan Konqresi yanında hüquqi yardım mərkəzi də yaradılmışdı. Hazırda həmin mərkəzə müraciət edənlərin sayı kəskin dərəcədə azalıb. Əgər əvvəllər mərkəzin vəkillərinə gün ərzində təxminən 50 nəfər müraciət edirdisə, indi ay ərzində 5-10 nəfər müraciət edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR