Bank Of Baku

Gürcüstandakı 50 Azərbaycan məktəbində gürcü dili kursları fəaliyyətə başlayıb

Gürcüstandakı 50 Azərbaycan məktəbində gürcü dili kursları fəaliyyətə başlayıb
# 24 sentyabr 2008 13:59 (UTC +04:00)
Bakı-APA. Bu gündən Gürcüstanda 50 Azərbaycan məktəbində gürcü dili kursları fəaliyyətə başlayıb. Bu barədə APA-ya Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, kurslara təxminən 1000 şagird cəlb olunub. Bu il Azərbaycan məktəblərini bitirmiş və məhz gürcü dilini zəif bildiyinə görə ali məktəblərə qəbul oluna bilməyən gənclər də bu kurslarda dil öyrənəcəklər. Kurslarda həm gürcü, həm də gürcü dilini bilən azərbaycanlı müəllimlər dərs deyirlər. Qeyd olunub ki, gələcəkdə şagirdlərin sayı çox olan məktəblərdə iki və daha artıq kurs açıla bilər. Gələn ilin əvvəlindən isə Gürcüstandakı bütün Azərbaycan məktəblərində və Tbilisi Dövlət Universitetinin Marneuli Şəhər Filialında azərbaycanlılar üçün gürcü dili kursları açılacaq.
Xatırladaq ki, Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı ərazilərdə 124 Azərbaycan məktəbi var və bu təhsil ocaqlarında 35 min şagird təhsil alır. Dil kurslarının açılması Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin ayırdığı maliyyə hesabına təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR