Eldar Quliyev: “Azərbaycan-Rusiya münasibətləri lazımi səviyyədə olsa, Dağlıq Qarabağ münaqişəsi həll edilə bilər”
- Təşkilatımız 2001-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Konqresi Rüstəm İbrahimbəyov, Araz Ağalarov, Telman İsmayılov, Tahir Salahov, Əhməd İsgəndərov, Məmməd Əliyev və digərləri təsis ediblər. Bu işdə Azərbaycanın Rusiyadakı keçmiş səfiri Ramiz Rzayevin də böyük əməyi olub. Hazırda onların hamısı və Rusiya parlamentinin yeganə azərbaycanlı üzvü Fərhad Əhmədov təşkilatın vitse-prezidentləridir. ÜAK Rusiyada yaşayan Azərbaycan diasporasını birləşdirir. Məqsəd diasporanın milli-mədəni maraqlarını və vətəndaş hüquqlarını reallaşdırmaq, Rusiya ilə Azərbaycan arasında dostluq əlaqələrini möhkəmləndirməkdir. Rusiya-Azərbaycan əlaqələrinin möhkəmliyindən çox şey asılıdır. Son hadisələr göstərdi ki, münasibətlərimiz lazımi səviyyədə olsa, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar yaranar. Bunun üçün yollar var. Ölkələrimiz arasındakı dostluq əlaqələrində həm Azərbaycandakı rus icması, həm də Rusiyada yaşayan Azərbaycan diasporası öz rolunu oynamalıdır.
- ÜAK-ın üzvlərinin sayı nə qədərdir? Rusiyaya qazanc dalınca gələn soydaşlarımızla əlaqəniz necədir?
- Konqresin Rusiyanın 72 bölgəsində nümayəndəliyi var. Üzvlərimizin sayı 100 mindən artıqdır. Biz bu hərəkata daha çox azərbaycanlı cəlb etmək istəyirik, lakin bəziləri inanmırlar ki, birlikdə daha çox şeyə nail olmaq mümkündür. Təşkilatımızın “Azerbaydjanskiy Konqres” qəzeti vasitəsilə soydaşlarımıza müraciət edirik, bildiririk ki, Rusiyada qeydiyyata düşmək, qanuni əsasda işləmək lazımdır. Bunun üçün ÜAK-ın nəzdində onların hüquqlarını müdafiə edən mərkəz də yaradılıb. Lakin elələri var ki, bu müraciətlərə əhəmiyyət vermirlər, kimlərəsə rüşvət verib, qeyri-leqal yaşamağı üstün tuturlar.
- Rusiya-Gürcüstan münaqişəsindən sonra orada yaşayan qafqazlılar, o cümlədən azərbaycanlılar özlərini necə hiss edirlər?
- Qafqazlılarla, azərbaycanlılarla bağlı heç nə dəyişməyib, hətta gürcülərə münasibət də dəyişməyib. Rusiya rəhbərliyi hiss etdi ki,
gürcülərə qarşı şovinizm baş qaldırsa, digər millətlərə qarşı da baş qaldıra bilər. Buna yol verməmək üçün fövqəladə tədbirlər görüldü.
- Rusiyada ifrat millətçi hərəkatlar kortəbii yaranır, yoxsa onları idarə edənlər var?
- Rusiya hüquq-mühafizə orqanları da etiraf edirlər ki, skinhedlər və digər radikal millətçi hərəkatlar müəyyən dairələr tərəfindən maliyyələşdirilir. Onlar Rusiyada sabitliyi pozmaq istəyirlər.
- Dağlıq Qarabağ münaqişəsinin həllində ÜAK hansısa rol oynayırmı?
- Qarabağ haqqında həm öz qəzetimizdə, həm də ayrıca materiallar çap edirik, çıxışlar edirik, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin tarixi, münaqişə haqqında həqiqətləri çatdırırıq. Moskvada yaşayan Azərbaycan gəncləri bir neçə dəfə anti-Azərbaycan tədbirlərinin qarşısını alıblar, biz də onlara dəstək olmuşuq. Moskvada bəzi qüvvələr Azərbaycana qarşı aksiyalar təşkil etmək üçün erməni gənclərini maliyyələşdirir və küçələrə çıxarırlar.
- Rusiya-Gürcüstan qarşıdurması zamanı Azərbaycanın tutduğu mövqeni necə qiymətləndirirsiniz?
- Azərbaycan rəhbərliyi bu məsələdə ən ağıllı, ən düzgün siyasət yeritdi. Bu, Azərbaycanın maraqlarına uyğun yeganə mövqe idi.
- Qarşıdan gələn prezident seçkiləri ilə bağlı Rusiyada yaşayan Azərbaycan vətəndaşlarıyla hansısa iş aparılırmı?
- Konqresin rəhbərliyi hazırkı prezident İlham Əliyevin namizədliyini dəstəkləməyə qərar verib. Oktyabrın 3-də Moskvadakı “Bakı” kinoteatrında mitinq keçiriləcək, Rusiyanın 72 regionundan nümayəndələr gələcək və İlham Əliyevə dəstəklərini nümayiş etdirəcəklər. Biz hesab edirik ki, İlham Əliyev Azərbaycan üçün çox şey edib və edəcək. Ona inanırıq.
Xəbər Lenti
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
"Nvidia" rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur
Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib
“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İranın Qeşm adasında 4 partlayış baş verib
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır
ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib
Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO
Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur
Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO - YENİLƏNİB
Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib
Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə böyük hesablı qələbə qazanıb
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb - VİDEO
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır - FOTO
İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - VİDEO - YENİLƏNİB
Qazaxda yük avtomobilinin sürücüsü sükan arxasında ölüb
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib
Soltan Məmmədov: Azərbaycançılıq məfkurəsi xalqımızı vahid amal ətrafında birləşdirən əsas ideoloji dayağımızdır
Ərdoğan: Qarabağda yenidən yanan hər ocaq Azərbaycan xalqının gələcəyə inamını göstərir