Bank Of Baku

Vaşinqtonda “Azərbaycan–ABŞ strateji tərəfdaşlıq münasibətlərinin inkişafında diasporun rolu” mövzusunda konfrans başlayıb

Vaşinqtonda “Azərbaycan–ABŞ strateji tərəfdaşlıq münasibətlərinin inkişafında diasporun rolu” mövzusunda konfrans başlayıb
# 02 oktyabr 2008 14:14 (UTC +04:00)
Vaşinqton. Hüsniyyə Həsənova-APA. Vaşinqtonda “Azərbaycan–ABŞ strateji tərəfdaşlıq münasibətlərinin inkişafında diasporun rolu” mövzusunda konfrans başlayıb. Tədbirin təşkilatçısı “US Azeris Network” (USAN) şəbəkəsinin icraçı direktoru Adil Bağırovun APA-ya verdiyi məlumata görə, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirilən tədbirdə Azərbaycanda aparılan siyasi islahatlar, diaspora işinin qurulması və enerji məsələləri diqqət mərkəzində olub. Sabiq konqresmenlər Qreq Lauqhlin və Robert Livinqston tədbir iştirakçılarının diqqətini son dövrlər Gürcüstanda baş verən hadisələrə cəlb edərək rəsmi Bakını daha diqqətli olmağa çağırıblar. Konfransda ABŞ-da baş tutacaq prezident seçkiləri ərəfəsində Azərbaycanlı əsilli vətəndaşların seçkilərdə aktiv iştirakı məsələsi də diqqət mərkəzində olub.
Qeyd edək ki, konfransda Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev, Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin rəhbəri Aqşin Mehdiyev, Azərbaycanın Los Ancelesdəki Baş konsulu Elin Süleymanov, Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov, millət vəkilləri Sabir Rüstəmxanlı, Asim Mollazadə, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak edirlər. Tədbir sabah davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR