Bank Of Baku

Amerika Azərbaycan Şurasının üzvləri prezidentliyə namizəd Con Makkeynin həyat yoldaşı ilə görüşüblər

Amerika Azərbaycan Şurasının üzvləri prezidentliyə namizəd Con Makkeynin həyat yoldaşı ilə görüşüblər
# 03 oktyabr 2008 11:15 (UTC +04:00)
Los-Anceles. Hüsniyyə Həsənova-APA. Los-Ancelesdə fəaliyyət göstərən Amerika Azərbaycan Şurasının üzvləri prezidentliyə namizəd Con Makkeynin seçki kampaniyası çərçivəsində onun xanımı Sindi Makkeyn ilə görüşüblər. Görüşdə iştirak edən Amerika Azərbaycan Şurasının İdarə Heyətinin üzvü İsmayıl Rüstəmovun APA-ya verdiyi məlumata görə Los-Anceles şəhərində keçirilən görüşdə Con Makkeyn şəxsən iştirak etməyib. O, Amerikada yaşanan maliyyə böhranı ilə əlaqədar Vaşinqtonda olub. AAŞ üzvləri Sindi Makkeynlə görüşdə Azərbaycanla ABŞ arasında strateji müttəfiqlik münasibətlərini müzakirə edib, Los-Ancelesdə yaşayan Azərbaycan icmalarının Con Makkeynə verdiyi dəstək barədə xanım Makkeyni məlumatlandırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR