Bank Of Baku

İsveçdə keçirilən internet sorğunun nəticələrinə görə, Heydər Əliyev son 20 ilin tanınmış siyasətçiləri sırasında 4-cü yerdədir

İsveçdə keçirilən internet sorğunun nəticələrinə görə, Heydər Əliyev son 20 ilin tanınmış siyasətçiləri sırasında 4-cü yerdədir
# 03 oktyabr 2008 14:27 (UTC +04:00)
Stokholm-APA. İsveçdə internet vasitəsilə “Son 20 ilin ən bacarıqlı və tam mənada siyasətçisi” mövzusunda keçirilən sorğunun nəticələri açıqlanıb. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bir həftə davam edən və 4 minədək isveçlinin qatıldığı virtual sorgunun nəticələrinə görə, Heydər Əliyev dünya miqyaslı 20 tanınmış siyasi xadim arasında 4-cü yerdədir. Siyahıda ABŞ prezidenti Corc Buş və Böyük Britaniyanın sabiq eks baş naziri Toni Bleer Heydər Əliyevdən sonrakı yerləri tutublar. İsveç vətəndaşlarının rəyinə görə, dunyanın ən tanınmış və bacarıqlı siyasətçiləri arasında birinci yeri bu ölkənin baş naziri Fredrik Reinfeldt, ikinci yeri Rusiyanın baş naziri Vladimir Putin, üçüncü yeri isə İsveçin keçmiş baş naziri Qoran Persson tutur. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə 16-cı yerdədir. Qeyd edək ki, internet-sorğunu İsveçin nüfuzlu “SistaDagen” qəzeti keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR