Bank Of Baku

Estoniyada “Estoniya Xalqları Günü” adlı tədbir keçirilib

Estoniyada “Estoniya Xalqları Günü” adlı tədbir keçirilib
# 07 oktyabr 2008 12:31 (UTC +04:00)
Bakı-APA. Estoniyanın “Salme” Mədəniyyət Mərkəzində “Estoniya Xalqları Günü” adlı tədbir keçirilib. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Estoniya Respublikasının 90 illiyi münasibəti ilə təşkil olunan tədbirin təşkilatçısı Estoniyanın Əhalinin Yerləşdirilməsi Nazirliyidir. Tədbirdə Estoniya Əhalinin Yerləşdirilməsi naziri xanım Urve Palo, Estoniyada fəaliyyət göstərən bütün milli azlıqların nümayəndələri və digər qonaqlar iştirak ediblər. Azərbaycanı bu tədbirdə “Aydan” Eston-Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib. “Aydan” Eston-Azərbaycan Mədəniyyət Mərkəzinin hazırladığı guşədə Azərbaycan Respublikasının xəritəsi, Azərbaycanın mədəniyyəti və incəsənətindən bəhs edən əyani vəsaitlər, milli musiqi alətləri, kitablar, jurnallar və Azərbaycan milli xörəkləri təqdim olunub. Azərbaycan icması tədbirdə “Uzun dərə” rəqsi ilə çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR