Bank Of Baku

Los-Anceles Tolerantlıq Mərkəzində ABŞ və Azərbaycan tələbələrinin video-konfransı keçirilib

Los-Anceles Tolerantlıq Mərkəzində ABŞ və Azərbaycan tələbələrinin video-konfransı keçirilib
# 08 oktyabr 2008 10:27 (UTC +04:00)
Los-Anceles. Hüsniyyə Həsənova-APA. Los-Anceles Tolerantlıq Mərkəzində ABŞ və Azərbaycan tələbələrinin video konfransı keçirilib. APA-nın ABŞ bürosunun məlumatına əsasən, hər iki tərəfdən 100-ə yaxın tələbənin qatıldığı video-konfrans iki ölkə tələbələrinin narahat edən mövzulara həsr olunub. Azərbaycanın Los-Anceles şəhərindəki konsulluğunun vitse-konsulu Elman Abdullayevin APA-ya verdiyi məlumata görə yəhudi, katolik, protestant və müsəlman dinini təmsil edən Amerikalı tələbələr Azərbaycanda hökm sürən dini tolerantlıq, insan haqlarının təmin edilməsi və aparılan iqtisadı islahatlarla bağlı suallar veriblər.

Azərbaycanlı tələbələr isə daha çox ABŞ-da keçiriləcək prezident seçkiləri, ölkədəki iqtisadi böhranla maraqlanıblar. Qeyd edək ki, Bakı ilə Los-Anceles arasında video-konfrans Los-Anceles şəhərinin Məktəb Müəllimləri Birliyi, Tolerantlıq Mərkəzi, Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycanın Los-Ancelesdəki konsulluğu tərəfindən təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR