Bank Of Baku

Kocaeli Universitetində təhsil alan 30 azərbaycanlı tələbəyə təqaüd ayrılacaq

Kocaeli Universitetində təhsil alan 30 azərbaycanlı tələbəyə təqaüd ayrılacaq
# 10 oktyabr 2008 09:53 (UTC +04:00)
Bakı-APA. Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının təşəbbüsü ilə bu ölkənin Kocaeli Universitetində təhsil alan 30-dan çox azərbaycanlı tələbə ilə görüş keçirilib. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə azərbaycanlı tələbələrin problemləri müzakirə edilib. Kocaeli Universitetinin rektoru Sezer Komşuoğlu bildirib ki, universitetdə təhsil alan 30 tələbənin maddi çətinliklərinin müəyyən qədər aradan qaldırılması məqsədilə onlara təqaüd ayrılacaq. Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar isə federasiyanın da bu məsələnin həlli üçün ciddi səylər göstərdiyini və bir neçə iş adamından bu sahədə dəstək aldıqlarını deyib. Universitetdəki müzakirələrdən sonra Kocaeli valisi Gökhan Sözerlə görüş keçirən nümayəndələr azərbaycanlı tələbələrə yardım məqsədilə təqaüd verilməsi məsələsini razılaşdırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR