Bank Of Baku

Litvada keçiriləcək parlament seçkilərində iştirak edən namizədlərdən biri azərbaycanlıdır

Litvada keçiriləcək parlament seçkilərində iştirak edən namizədlərdən biri azərbaycanlıdır
# 10 oktyabr 2008 11:51 (UTC +04:00)
Bakı-APA. Oktyabrın 12-də Litva Respublikasında keçiriləcək parlament seçkilərində iştirak edən namizədlərdən biri azərbaycanlıdır. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, soydaşımız - Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev seçkilərə Litva Liberallarının Birgə Hərəkatı Partiyasının xətti ilə qatılıb. Bu partiyanın sədri fəaliyyətdə olan Litva Seyminin üzvü Eligiyus Masyulisdir. M. Həmzəyev seçkilərdə həm təkmandatlı, həm çoxmandatlı sistem üzrə iştirak edir. Qeyd edək ki, Litva Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə 21 siyasi partiyanın irəli sürdüyü namizədlər iştirak edəcək. Litvada cəmi 71 seçki dairəsi fəaliyyət göstərir. Parlamentə 71 deputat təkmandatlı, 70 nəfər isə çoxmandatlı seçki dairəsindən seçilir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR