Bank Of Baku

Türkiyə prezidenti Abdullah Gül Tallində Azərbaycan icmasının üzvləri ilə görüşüb - FOTO

Türkiyə prezidenti Abdullah Gül Tallində Azərbaycan icmasının üzvləri ilə görüşüb - <font color=red>FOTO</font>
# 13 oktyabr 2008 14:10 (UTC +04:00)
Tallin. Laura Cəbrayıllı-APA. Estoniya Milli Kitabxanasında “Estoniya-90 və Türkiyə-85” adlı sərginin açılışı olub. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla Iş üzrə Dövlət Komitəsi Mətbuat xidmətindən iki ölkə arasındakı münasibətlərə dair arxiv materiallarının, şəkil və sənədlərin nümayiş etdirildiyi sərginin açılışında Türkiyə prezidenti Abdulla Gül və Estoniya prezidenti Hendrik İlves iştirak ediblər. Hendrik İlves deyib ki, bütün zamanlarda Estoniyanın ən çətin dönəmlərində Türkiyə Cumhuriyyəti bizim yanımızda olub. Sərgidən sonra Tallinin Kadriorq toplantı salonunda Türkiyə prezidentinin təşəbbüsü ilə bu ölkənin turkdilli icmalarının - Azərbaycan, tatar, başqırd, özbək və qırğız diasporlarının rəhbərləri və nümayəndələri ilə görüş keçirilib. Tatar icmasının nümayəndəsi İldar Mühamədsin Tallində məscidin tikilməsi təklifi ilə çıxış edib. Türkiyə prezidenti Abdulla Gül bu işə dəstək verəcəyini bildirib. Azərbaycan icmasının rəhbərliyi isə Abdulla Gülə, Azərbaycan prezidenti İlham Əliyevə və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana Türk və Azərbaycan diasporlarının birgə fəaliyyətinə dəstək verdiklərinə görə minnətdarlıq edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR