Bank Of Baku

Dünya Azərbaycanlıları Konqresinin yeni saytının təqdimatı olub

Dünya Azərbaycanlıları Konqresinin yeni saytının təqdimatı olub
# 17 oktyabr 2008 13:18 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlı qurumun yeni internet saytının (www.d-a-k.org) təqdimatı və DAK rəhbərliyinin (həmsədrlər – Sabir Rüstəmxanlı, Firidun Pərviznia, Daimi Şuranın sədri Əjdər Tağızadə) ABŞ və Avropa səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, S. Rüstəmxanlı deyib ki, ABŞ-da səfərdə olan DAK rəhbərliyi Corc Vaşinqton Universitetində “Qafqazda enerji təhlükəsizliyi və Azərbaycan” və “ABŞ-Azərbaycan əməkdaşlığında diasporanın rolu” mövzusunda konfranslara qatılıblar. Tədbirlərdən sonra S. Rüstəmxanlı, F. Pərvizniya və Ə. Tağızadə ABŞ Dövlət Departamentində, o cümlədən həm Respublikaçılar, həm də Demokratlar partiyalarını təmsil edən ayrı-ayrı qruplarla Senatda görüşlər keçiriblər. Avroatlantik məkan, Qafqaz və İran məsələləri üzrə mütəxəssislərin də iştirak etdiyi bu görüşlərdə DAK nümayəndə heyəti bir sıra problemlərlə bağlı fikir mübadiləsi aparıblar. DAK həmsədrləri həmçinin BMT rəsmiləri ilə görüşlər keçiriblər. Onun sözlərinə görə, bütün görüşlərdə Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın parçalanması ilə nəticələnən Türkmənçay müqaviləsinin 180 illiyi, Azərbaycan xalqının bölünmüş millət olması, o cümlədən İranda insan haqlarının hazırkı vəziyyəti ilə bağlı məlumatlar və sənədlər təqdim edilib. S. Rüstəmxanlı bildirib ki, Belçika hökumətinin nümayəndələri ilə görüşdə isə onlar diqqəti Ermənistanda və işğal olunan ərazilərdə saxlanılan əsirlərlə bağlı məsələyə yönəldiblər. Belçika hökumət rəsmiləri azərbaycanlı əsirlərlə bağlı məlumatın onlara təqdim edilməsini istəyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR