Bank Of Baku

Berlində Azərbaycan mədəniyyəti və tarixinə həsr olunan tədbir keçirilib

Berlində Azərbaycan mədəniyyəti və tarixinə həsr olunan tədbir keçirilib
# 21 oktyabr 2008 22:20 (UTC +04:00)
Bakı-APA. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Az-İz Almaniya” Beynəlxalq Assosiasiyası və Azərbaycanın Almaniyadakı səfirliyi Berlin şəhərində Azərbaycan mədəniyyət və tarixinə həsr olunan tədbir təşkil edib. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə “Az-İz Almaniya” Beynəlxalq Assosiasiyasının nümayəndəsi Yael Frankfurt çıxış edərək ötən dövr ərzində təşkilatın gördüyü işlərdən danışıb. “Az-İz Almaniya” Beynəlxalq Assosiasiyasının direktoru Adil Bayramov isə çıxışında Azərbaycan Respublikasının tarixi, mədəniyyəti, müasir inkişaf səviyyəsi, beynəlxalq əlaqələri barədə məlumat verib.
Tədbirdə 200-ə yaxın şəxs, o cümlədən KİV nümayəndələri, ictimai-siyasi xadimlər və ziyalılar iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR