Bank Of Baku

Azərbaycanın diaspora təşkilatları İlham Əliyevi prezident seçilməsi münasibətilə təbrik edir

Azərbaycanın diaspora təşkilatları İlham Əliyevi prezident seçilməsi münasibətilə təbrik edir
# 22 oktyabr 2008 13:56 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Xarici ölkələrdəki Azərbaycan diaspora təşkilatları prezident İlham Əliyevi seçkilərdəki qələbəsi münasibətilə təbrik edirlər. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (XÖYAİDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Avropa Azərbaycanlıları Konqresi, Benilüks Azərbaycanlıları Konqresi, Maynts-Azərbaycan Cəmiyyəti, Kanada Azərbaycan Assosiasiyaları Assambleyası, Azərbaycan Amerika Şurası, Amerika Azərbaycan Cəmiyyəti və Amerika Türk Assosiasiyaları Assambleyası, Türk-Amerikan Dərnəkləri Federasiyası, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası göndərdikləri təbrik məktublarında prezident İlham Əliyevin dünyadakı Azərbaycan və Türk diaspor təşkilatları arasındakı əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəldilməsi, onların tarixi əhəmiyyətli məsələlərdə bir mövqedən çıxış etməsinə verdiyi töhfələr və tövsiyələri vurğulayıblar. Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin, Birləşmiş Ərəb Əmirliklərindəki soydaşlarımızın birləşdiyi “Azərbaycan Cəmiyyəti”nin, İsveç-Azərbaycan Strategiya və Araşdırmalar Mərkəzinin, İsveçdəki “Azərbaycan naminə” Cəmiyyətinin, Hollandiyadakı Azərbaycan-Türk Kültür Dərnəyinin, İtaliya-Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətinin, Baltik Azərbaycanlıları Konqresinin, Moldova Azərbaycanlıları Konqresinin, Ukrayna Azərbaycanlıları Konqresinin və Tacikistandakı diasporumuzun göndərdiyi məktublarda da qeyd olunur ki, İlham Əliyevin bu seçkilərdə qazandığı parlaq qələbə müvəffəqiyyətli daxili və xarici siyasətin, ölkədəki sabitlik və inkişafın, xalqın işıqlı gələcəyə dərin inamının təzahürüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR