Bank Of Baku

Gələn ay Los-Ancelesdə Azərbaycan, Türkiyə və İsrailin baş konsullarının iştirakı ilə konfrans keçiriləcək

Gələn ay Los-Ancelesdə Azərbaycan, Türkiyə və İsrailin baş konsullarının iştirakı ilə konfrans keçiriləcək
# 23 oktyabr 2008 07:33 (UTC +04:00)
Los-Anceles-APA. Noyabrın 6-da Kaliforniyanın Los-Anceles şəhərində Amerika Azərbaycanlıları Şurası, Amerika Yəhudi Komitəsi və Türk Amerika Assosiyasiyası birlikdə “Körpülərin qurulmasi-Xəzər dənizindən Araliq dənizinədək. Azərbaycan, Türkiyə və İsrailin Baş Konsulları ilə Dialoq” mövzusunda konfrans keçirəcəklər. BU barədə APA-ya Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Tədbirdə hər üç ölkənin Los-Ancelesdəki baş konsulları Elin Süleymanov, Hakan Tekin və Jakob Dayan iştirak edəcəklər.

Dekabrın 6-da isə Amerika Azərbaycanlıları Şurası və Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun birgə təşkilatçılığı ilə Kaliforniyanın İrvin Universitetində ənənəvi “III amerikalı azərbaycanlıların akademik bilik forumu” keçiriləcək. Tədbirdə Azərbaycanın türk kökü və tarixi, çoxtərəfli ABŞ-Azərbaycan münasibətləri, Qafqazda siyasi və regional münaqişələr, eyni zamanda enerji təhlükəsizliyi, iqtisadi və texnoloji məsələlərdən danışılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR