Bank Of Baku

Ukraynanın “Saqa” turizm şirkətinin saytında Azərbaycanla bağlı qəsdən yanlış məlumatlar yerləşdirən redaktor barədə ciddi tədbirlər görüləcək

Ukraynanın “Saqa” turizm şirkətinin saytında Azərbaycanla bağlı qəsdən yanlış məlumatlar yerləşdirən redaktor barədə ciddi tədbirlər görüləcək
# 23 oktyabr 2008 07:59 (UTC +04:00)
Kiyev-APA. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin və Ukrayna Azərbaycanlıları Konqresinin əməkdaşları Azərbaycanla bağlı yanlışlığın qarşısını alıblar. Bu barədə APA-ya adı çəkilən dövlət komitəsinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Ukraynanın “Saqa” turizm şirkətinin saytında Azərbaycan Asiya ölkələri sırasına, Ermənistan isə Avropa ölkələrinin siyahısına daxil edilib. Bu yanlışlıqdan əlavə, saytdakı Ermənistana aid bölmədə “Artsax” adlı erməni ərazisinə məxsus kimi təqdim edilmiş fotoşəkillər arasında Dağlıq Qarabağ mənzərələri də yer alıb. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin və Ukrayna Azərbaycanlıları Konqresinin müdaxiləsi nəticəsində saytda düzəlişlər edilib, erməni torpaqları kimi təqdim edilmiş Azərbaycanın gözəl təbiət mənzərələrini əks etdirən fotoşəkillər bu bölmədən çıxarılıb. Turizm şirkətinin direktoru Aleksandr Qavrilovla danışıqlar zamanı məlum olub ki, saytın redaktoru bu səhvi bilərəkdən edib. Şirkətin direktoru bildirib ki, həmin redaktor barəsində ən ciddi tədbirlər görüləcək. Aleksandr Qavrilov bu yanlışlığa görə Azərbaycandan üzr istəyib və deyib ki, Ukraynanın “Saqa” turizm şirkəti Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi hesab edir və ölkəmizin ərazi bütövlüyünü şübhə altına almır.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR