Bank Of Baku

Danimarkada yaşayan soydaşlarımız bu ölkənin parlamentinə müraciət ünvanlayıb

Danimarkada yaşayan soydaşlarımız bu ölkənin parlamentinə müraciət ünvanlayıb
# 31 oktyabr 2008 12:56 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Danimarkada yaşayan bir qrup azərbaycanlı bu ölkənin parlamentinə müraciət edib. Dünya Azərbaycanlıları Konqresinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə İran azərbaycanlılarının hüquqlarının pozulmasına, bu ölkənin xüsusi xidmət orqanları tərəfindən qanunsuz olaraq həbs olunmalarına etiraz edilib: “Son aylarda İran dövlətində nəzarəti ələ alan fars şovinizmi Güney Azərbaycan türklərinə təzyiqləri artırıb. Nəticədə bir çox milli fəal qanunsuz olaraq həbs olunub”. Məktubda azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğul olan şəxslərin terrora məruz qalmasından və digər təzyiq hallarından söz açılıb. Müraciət müəllifləri Danimarka parlamentindən bu problemə diqqət yönəltməyi xahiş ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR