Bank Of Baku

Kanada Azərbaycan Təşkilatları Federasiyasının təşəbbüsü ilə həmin ölkədə “AzCan Newspaper” qəzeti nəşrə başlayıb

Kanada Azərbaycan Təşkilatları Federasiyasının təşəbbüsü ilə həmin ölkədə “AzCan Newspaper” qəzeti  nəşrə başlayıb
# 03 noyabr 2008 07:32 (UTC +04:00)
Bakı-APA. Kanada Azərbaycan Təşkilatları Federasiyasının (KATF) təşəbbüsü ilə həmin ölkədə “AzCan Newspaper” qəzeti “Kanada Türkdilli Təşkilatlarının səsi“si (“The voice of the Turkic organizations in Canada”) şüarı ilə nəşrə başlayıb. KATF-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəşrin ilk sayı Azərbaycan, Anadolu türkcələri ilə yanaşı ingilis dilində də işıq üzü görüb. Qəzetdə türk dünyası, Azərbaycan və Türkiyə ilə bağlı xəbərlər öz əksini tapıb. Bundan başqa nəşrdə oxuculara İraq türkmənləri, Qazaxıstan və Gürcustanla bağlı geniş məqalələr təqdim olunub. Məlumata görə, qəzetdə Azərbaycanı, Türkiyəni, Kərkükü, Türkmənistanı təmsil edən yazarlar fəaliyyət göstərir. KATF prezidenti Əkbər Məcidov bildirib ki, təşkilatın mətbu orqanının məqsədi türkdilli ölkələr haqqında i məlumatları Kanada ictimaiyyətinə çatdırmaq, qardaş ölkələrin münasibətlərinin daha da yaxınlaşması yolundan köməklik göstərməkdir.
Qeyd edək ki, KATF-nin təşəbbüsü ilə Kanadada Azərbaycan məktəbi, Azərbaycan folklor dərnəyi, AzCAN televiziyası fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR