Bank Of Baku

Hyuston şəhərində Türk Festivalı keçirilib

Hyuston şəhərində Türk Festivalı keçirilib
# 05 noyabr 2008 07:28 (UTC +04:00)
Bakı-APA. Noyabrın ilk günlərində ABŞ-ın Hyuston şəhərində Türk Festivalı keçirilib. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, festivalda Azərbaycanı “Hyuston–Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası” və “US Azeris Network” təmsil ediblər. Azərbaycan təmsilçilərinə ayrılan guşədə ölkəmiz haqqında CD və DVD-lər, suvenirlər, rəsm əsərləri nümayiş olunub. Bundan başqa pianoçu Lala Abbasovanın yeni təşkil etdiyi milli musiqi alətlərindən ibarət qrup və gənc rəqqasə Kamilə Həmzəyeva Azərbaycan mədəniyyətinin incilərini təqdim ediblər. Festival Hyuston şəhərinin mərkəzində yerləşən parkda keçirilib və 15 minə yaxın tamaşaçı Türk dünyasının mədəniyyəti, adət ənənələri ilə daha yaxından tanış olub.
Qeyd edək ki, türkdilli xalqların iştirak etdiyi bu festival Hyustonda ikinci dəfə keçirilir və burada Türk dünyasının birləşdirən mədəni irslər təqdim olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR