Bank Of Baku

Kaliforniyada “Xəzərdən Aralıq dənizinə kimi körpülərin salınması” adı altında forum keçirilib

Kaliforniyada “Xəzərdən Aralıq dənizinə kimi körpülərin salınması” adı altında forum keçirilib
# 07 noyabr 2008 14:11 (UTC +04:00)
Kaliforniya-APA. Kaliforniya ştatının İrvayn şəhərində Azərbaycan-Amerika Şurası, Amerika Yəhudi Komitəsi və Narıncı Dairə Türk Amerikan Assosiasiyasının təşəbbüsü ilə “Xəzərdən Aralıq dənizinə kimi körpülərin salınması” adı altında birgə forum keçirilib. Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat komitəsindən APA-ya verilən məlumata görə, forumda Azərbaycan, Türkiyə və İsrailin Los-Ancelesdəki baş konsulları Elin Süleymaniv, Hakan Təkin və Yakov Dayan da iştirak edib. Tədbirə İrvayn meri Bet Krom, Kaliforniya Narıncı Dairəsinin protokol şöbəsinin başçısı Coan Sokolski, Cənubi Kaliforniyada yəhudi, azərbaycanlı və türk diasporunun 200-dək nümayəndəsi iştirak edib. Forumun aparıcıları Azərbaycan-Amerika Şurasının prezidenti Cavid Hüseynov və ravvin Mark Dvorkin olub.

Tədbirdə çıxış edən Azərbaycan, İsrail və Türkiyənin baş konsulları üç ölkənin müxtəlif sahələrtdə strateji münasibətləri barədə çıxış ediblər. Diplomatlar ölkələrinin regional təhlükəsizlik, terrorizmə qarşı mübarizə, enerji resurslarını müxtəlifliyi, regional münaqişələrin sülh yolu ilə həlli məsələlərinə baxışlarını açıqlayıblar. Elin Süleymanov və Hakan Təkin öz ölkələrində yəhudilərə qarşı tolerant münasibətdən danışıb, Yakov Dayan isə İsraillə müsəlman dünyası arasında sülhün bərqərar olmasında Azərbaycan və Türkiyənin rolundan danışıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR