Bank Of Baku

Özbəkistanda Zərövşən vilayətində Azərbaycan Mədəniyyət Mərkəzi açılıb

Özbəkistanda Zərövşən vilayətində Azərbaycan Mədəniyyət Mərkəzi açılıb
# 12 noyabr 2008 07:24 (UTC +04:00)
Daşkənd-APA. Özbəkistanın Zərövşən vilayətində Azərbaycan Mədəniyyət Mərkəzi açılıb. Xaricdə Öləkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Zərövşən vilayəti rəhbərliyinin nümayəndələri, bu bölgədə fəaliyyət göstərən digər xalqların mədəniyyət mərkəzlərinin təmsilçiləri, eləcə də Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasının sədri Akif Ağatalıbov iştirak ediblər. Açılış mərasimində çıxış edənlər Özbəkistanda müxtəlif xalqların mədəniyyət mərkəzlərinin rolundan, məqsədlərindən, xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsində xidmətlərindən danışıblar. Tədbirdə Zərövşən vilayətində açılan Azərbaycan Mədəniyyət Mərkəzinin məqsədi və fəaliyyəti barədə də ətraflı məlumat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR