Bank Of Baku

Böyük Britaniyada nəşr olunan “Odlar Yurdu” qəzeti Avropanın bir neçə ölkəsində yayılacaq

Böyük Britaniyada nəşr olunan “Odlar Yurdu” qəzeti Avropanın bir neçə ölkəsində yayılacaq
# 12 noyabr 2008 13:39 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Böyük Britaniyada yaşayan və təhsil alan bir qrup soydaşımız “Odlar Yurdu” qəzeti təsis edib. Bu barədə APA-ya qəzetin baş redaktoru və Böyük Britaniyadakı “Odlar Yurdu” diaspor təşkilatının sədri İlham Nağıyev məlumat verib. Onun sözlərinə görə, ayda bir dəfə Azərbaycan dilində nəşr olunacaq qəzetin missiyası xaricdə yaşayan soydaşlarımızın birliyini möhkəmləndirmək və onlar arasında ünsiyyəti genişləndirməkdir. “Odlar Yurdu” təkcə Böyük Britaniyada deyil, Avropanın bir neçə ölkəsində yayılacaq. İ. Nağıyev yaxın günlərdə Londonda qəzetin ilk sayının təqdimatının keçirəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR