Bank Of Baku

Niderlandın Apeldorn şəhərində “Azərbaycan gecəsi” adlı tədbir keçirilib

Niderlandın Apeldorn şəhərində “Azərbaycan gecəsi” adlı tədbir keçirilib
# 14 noyabr 2008 09:03 (UTC +04:00)
Apeldorn-APA. Niderland Krallığının Apeldorn şəhərində “Azərbaycan gecəsi” keçirilib. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin təşkil etdiyi bu tədbir 12 noyabr-Milli Dirçəliş Günü və 17 noyabr-Konstitusiya Gününə həsr olunub. Azərbaycanın Niderlanddakı səfirliyinin əməkdaşlarının da qatıldığı gecədə Apeldornun Ahıllar Evinin müdiri bildirib ki, öz intellektual səviyyəsi və yüksək mədəniyyəti ilə seçilən Azərbaycan xanımların bundan öncə keçirdiyi iki xeyirxah aksiyaya cavab olaraq Azərbaycandakı Qocalar Evinə dəstək göstərmək qərarı verilib və artıq “Apeldorn-Bakı İş Qrupu” yaradılıb. Bu yaxınlarda qrupun üzvləri toplanmış humanitar yardımı Bakıya aparmağa hazırlaşırlar.

“Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Gülşən Kazımova isə deyib ki, analıq və evdarlıqla məşğul olan, eləcə də ictimai həyatda fəallığını getdikcə artıran azərbaycanlı qadınlar həm doğma Vətənlərində, həm də Hollandiyada öz xeyirxah əməlləri ilə həmişə seçilirlər. Daha sonra tədbirdə Azərbaycan haqqında sənədli film nümayiş etdirilib, Azərbaycan mahnı və rəqslərindən ibarət konsert təqdim olunub. Tanınmış holland müğənnisi Maria Van Velzenin ifasında Azərbaycan dilində səslənən xalq mahnılarımız gecəyə qatılan 350-dən çox qonağı heyran edib. Qonaqlar həmçinin Azərbaycan mətbəxinin nümunələrindən ibarət süfrəyə dəvət olunublar.

Qeyd edək ki, 2007-ci ilin oktyabr ayında elə bu şəhərdə keçirilmiş ilk “Azərbaycan gecəsi”ndən sonra Apeldorn yerli televiziyası hər həftənin bazar günü Azərbaycana həsr olunmuş proqram nümayiş etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR