Bank Of Baku

Bakıda birinci beynəlxalq Azərbaycan-Türkiyə Tarix Konqresi keçiriləcək

Bakıda birinci beynəlxalq Azərbaycan-Türkiyə Tarix Konqresi keçiriləcək
# 17 noyabr 2008 15:52 (UTC +04:00)
Bakı-Kəmalə Quliyeva-APA. Bakıda Azərbaycan Türkiyə Tarixi Araşdırmalar Fondunun (ATAF) Himayəçilər Şurasının (HŞ) ikinci iclası keçirilib. APA-nın xəbərinə görə, bu barədə ATAF HŞ sədri Əhməd Erentok məlumat verib. O bildirib ki, 2009-cu ilin iyun ayının ilk yarısında Bakıda birinci beynəlxalq Azərbaycan-Türkiyə Tarix Konqresi keçiriləcək. Ə. Erentokun sözlərinə görə, ATAF Avropa Birliyi ölkələrində ABŞ və Rusiyada öz nümayəndəliklərini açaraq ermənilərin Azərbaycan və Türkiyə türklərinə qarşı yeritdiyi soyqırımı siyasəti ilə bağlı mübarizə aparacaq. ATAF həmçinin ermənilərin bütün dünyada apardıqları yalan və böhtan siyasətinə qarşı 2009-2015-ci illəri əhatə edən strateji plan da hazırlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR