Bank Of Baku

Avropada yaşayan türkdilli xalqların diaspora nümayəndələrinin iştirakı ilə simpozium keçirilib

Avropada yaşayan türkdilli xalqların diaspora nümayəndələrinin iştirakı ilə simpozium keçirilib
# 19 noyabr 2008 00:30 (UTC +04:00)
Bakı-APA. Niderland Krallığının Rotterdam şəhərində Avropada yaşayan Türkdilli xalqların diaspora nümayəndələrinin iştirakı ilə simpozium keçirilib. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbiri Avropa Türk Demokratları Birliyi (UETD) təşkil edib. Simpoziumda Azərbaycan və Türkiyənin Niderlanddakı səfirləri, türk əsilli millət vəkilləri türkdilli xalqların diaspor təşkilatlarının təmsilçiləri iştirak ediblər. Benilüks Azərbaycanlıları Konqresi və Haaqadakı Azərbaycan Türk Kültür Dərnəyi tədbirə böyük nümayəndə heyəti il qatılıb. Azərbaycanın Niderlanddakı səfiri Fuad İskəndərov, Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov öz çıxışlarında bu ölkədə fəaliyyət göstərən Azərbaycan diasporunun təşkilatlanması və lobbiçilik istiqamətində atdığı addımlardan danışıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR