Bank Of Baku

Bakıda «Azərbaycan – Şərqin dünyaya açılan qapısı» adı altında silsilə tədbirlər keçiriləcək

Bakıda «Azərbaycan – Şərqin dünyaya açılan qapısı» adı altında silsilə tədbirlər keçiriləcək
# 19 noyabr 2008 07:29 (UTC +04:00)
Bakı-APA. Dekabrın 17-20-də Bakıda Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurası üzvlərinin iştirakı ilə «Azərbaycan – Şərqin dünyaya açılan qapısı» adı altında silsilə tədbirlər keçiriləcək. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, proqrama dekabrın 18-də Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının iclasının keçirilməsi də daxildir. Komitənin təşkilatçılığı ilə baş tutacaq tədbirdə Dünya Azərbaycanlılarının I Qurultayının qətnaməsinə uyğun olaraq, qurultaydan keçən dövr ərzində görülmüş işlərlə bağlı müzakirələr aparılacaq, bundan sonrakı mərhələdə qarşıda duran vəzifələr müəyyənləşdiriləcək. Tədbir çərçivəsində «Dünya Azərbaycanlılarının Xartiyası»nın layihəsi də müzakirə ediləcək. Toplantıda həmçinin Azərbaycan həqiqətlərinin təbliği, lobbi quruculuğu, soydaşlarımızın yaşadıqları ölkələrdə cəmiyyətə inteqrasiyası ilə bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası Dünya Azərbaycanlılarının I Qurultayında yaradılıb. Şuranın 109 üzvü var.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR