Bank Of Baku

Marneulidə Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Humanitar Universiteti açılıb

Marneulidə Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Humanitar Universiteti açılıb
# 19 noyabr 2008 08:40 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, yeni müstəqil universitet Heydər Əliyevin adını daşıyacaq. Bu təhsil ocağında Gürcüstanda fəaliyyət göstərəcək 124 Azərbaycan məktəbi üçün müəllim kadrları hazırlanması nəzərdə tutulur. Qeyd edək ki, əvvəllər bu məktəblərdə işləmək üçün kadrlar Azərbaycandan göndərilsə də, müstəqillik dövründə bu proses dayandırılıb. Universitet rəhbərliyinin keçirdiyi sorğuya görə hazırda Azərbaycan dilində təhsil verən məktəblərdə 35 min şagirdə 4 min müəllim dərs deyir və bu məktəblərdə 800-ə qədər kadr çatışmır. Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Humanitar Universitetinin rektoru Novruz Bayramovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, artıq ali təhsil ocağına 80 tələbə qəbul olunub: “Universitetimizə gənclərin axını yüksəkdir. Pedaqoji kadrlara olan ehtiyac bizi məcbur edir ki, işimizə məsuliyyətlə yanaşaq. Bizim üçün birinci məsələ dövlət dili olan gürcü dilini mükəmməl öyrətmək, dərslərin keyfiyyətini artırmaqdır. Problemlərimiz çoxdur. Bizə beşmərtəbəli bina lazımdır. Gələcəkdə bura tələbə qəbulu çox olacaq. Kompüter sinifləri açmaq üçün maliyyə vəsaitinə ehtiyacımız var”. Qeyd edək ki, Gürcüstan-Azərbaycan Humanitar Universitetinin diplomları bir çox ölkələr tərəfindən tanınacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR