Bank Of Baku

Dünya Azərbaycanlıların Əlaqələndirmə Şurasının Bakıda keçiriləcək iclasında bütün ölkələrdən diaspora təşkilatlarının təmsilçiləri iştirak edəcəklər

Dünya Azərbaycanlıların Əlaqələndirmə Şurasının Bakıda keçiriləcək iclasında bütün ölkələrdən diaspora təşkilatlarının təmsilçiləri iştirak edəcəklər
# 19 noyabr 2008 10:47 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva –APA. Dekabrın 17-19-da Bakıda keçiriləcək Dünya Azərbaycanlıların Əlaqələndirmə Şurasının iclasında bütün ölkələrdən diaspora təşkilatlarının təmsilçiləri iştirak edəcəklər. APA-nın məlumatına görə, bu barədə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev bildirib. V. Hacıyev deyib ki, toplantı Azərbaycan prezidenti, Dünya Azərbaycanlıların Əlaqələndirmə Şurasının rəhbəri İlham Əliyevin təşəbbüsü ilə keçirilir. İclasda “Dünya azərbaycanlılarının xartiyası”nın da müzakirəyə çıxarılacağını xatırladan V. Hacıyev qeyd edib ki, hazırda ölkənin aparıcı alimləri tərəfindən hazırlanan xartiya Azərbaycan lobbisi üçün strateji plan rolunu oynayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR