Bank Of Baku

“Dünya Azərbaycanlılarının Xartiyası” adlı sənəd dekabrın ortalarında müzakirə olunacaq

“Dünya Azərbaycanlılarının Xartiyası” adlı sənəd dekabrın ortalarında müzakirə olunacaq
# 20 noyabr 2008 14:39 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. “Dünya Azərbaycanlılarının Xartiyası” adlı sənəd dekabrın sonlarında ilk dəfə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) müzakirəyə çıxarılacaq. Bu barədə APA-ya Milli Məclisin (MM) mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov məlumat verib. O bildirib ki, bu sənəd üzərində 10-dan çox tanınmış alim işləyir. N. Cəfərovun sözlərinə görə, sənəd dekabrın 19-21-də Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının toplantısında müzakirə olunmazdan əvvəl Azərbaycan Milli Elmlər Akademiyasında müzakirəyə çıxarılacaq. Millət vəkilinin sözlərinə görə, “Dünya Azərbaycanlılarının Xartiyası”nda Azərbaycan, azərbaycançılıq, diaspora anlayışlarına aydınlıq gətirəcək və lobbiçilik fəaliyyətində konseptual sənəd rolunu oynayacaq. Sənəddə Azərbaycanın diaspor sahəsində son illərdə qazandığı təcrübələr də ümumiləşdirilir. Millət vəkili bildirib ki, xartiya əsasında Azərbaycan xalqının tarixi də yenidən yazılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR