Bank Of Baku

Diaspor ilə İş üzrə Dövlət Komitəsi “Dünya azərbaycanlılarının xartiyası” üzərində işi yekunlaşdırmaq üzrədir

Diaspor ilə İş üzrə Dövlət Komitəsi “Dünya azərbaycanlılarının xartiyası” üzərində işi yekunlaşdırmaq üzrədir
# 21 noyabr 2008 14:00 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Diaspor ilə İş üzrə Dövlət Komitəsi ”Dünya azərbaycanlılarının xartiyası” üzərində işi başa çatdırmaq üzrədir. Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sənədin hazırlanmasına 20-dək alim cəlb olunub. Xartiya Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının dekabrın 18-də Bakıda keçiriləcək iclasında müzakirə olunacaq. Məlumata görə, sənədin məqsədi xarici ölkələrdə yaşayan azərbaycanlılar arasında siyasi-iqtisadi, sosial-mənəvi birliyin Azərbaycan dövlətçiliyi və xalqının mənafeyini əks etdirən prinsiplər ətrafında formalaşdıran, diasporanın qarşısında duran tarixi vəzifələri özündə əks etdirən, Azərbaycançılıq ideologiyasına əsaslanan vahid konsepsiyanı hazırlamaqdır. “Dünya azərbaycanlıları xartiyası”nda xarici ölkələrdəki Azərbaycan diasporunun ayrı-ayrı regionlar üzrə fəaliyyətinin əsas istiqamətləri də əksini tapacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR