Britaniya Parlamentinin Lordlar Palatasında Avropa Azərbaycan Cəmiyyətinin rəsmi təqdimatı olub
AAC-nin fəaliyyət istiqamətlərindən bəhs edən T. Heydərov Azərbaycanın Avropa məkanında tanıdılması məqsədilə təşkilat tərəfindən hazırlanan nəşrlərin əhəmiyyətini önə çəkib. O, cəmiyyətin üç aydan bir ingilis dilində “Visions of Azerbaijan” adlı jurnal nəşr edərək, dünyanın aparıcı kitabxanaları, elm və tədqiqat mərkəzlərində yaydığını, Azərbaycan barədə ingilis və rus dillərində “Azerbaijan: 100 Questions Answered” (Azərbaycan: 100 Sual-cavab) kitabı nəşr etdiyini, yaxın aylarda Britaniyada Dağlıq Qarabağ münaqişəsi barədə xarici müəlliflərin elmi məqalələrindən ibarət kitabın yenidən çap olunacağını deyib. T. Heydərov, həmçinin, AAC tərəfindən aylıq çap olunan biznes və üzvlük bülletenlərinin Avropanın siyasi və işgüzar dairələrində yayıldığını vurğulayıb.
Hazırda cəmiyyətin üzərində işlədiyi layihələrdən bəhs edən AAC sədri britaniyalı rejissor Nik Tiron tərəfindən çəkilən “My Surreal Duty” (Mənim Sürreal Vəzifəm) adlı filmi xüsusi qeyd edib: “Avropa Azərbaycan Cəmiyyətinin təşəbbüsü və Azərbaycan musiqi alətlərinin mahir ifaçısı, amerikalı Cefri Verbokun yaxından iştirakı ilə çəkilən bu sənədli film Ermənistanın təcavüzü nəticəsində Qarabağdan didərgin düşmüş azərbaycanlıların həyatından bəhs edir. Film üzərində işlərin yanvar ayında yekunlaşacağı gözlənilir”.
Tədbirdə çıxış edən İngilis-Azərbaycan Cəmiyyətinin sədri Lord Freyzer Londonda Avropa belə bir cəmiyyətin yaradılmasını Azərbaycanın dünyada tanıdılması baxımından çox əlamətdar hadisə kimi qiymətləndirib. Lord Freyzer cəmiyyətin Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin Avropada yayılması istiqamətində fəaliyyəti müsbət dəyərləndirib, buna çox böyük ehtiyac olduğunu bildirib. Azərbaycanın ərazi bütövlüyünü ən mühüm prinsip kimi qeyd edən Lord Freyzer, problemin ədalətli həllinin tapılmasında diaspor fəaliyyətinin əhəmiyyətini vurğulayıb. O, AAC-nin fəaliyyətinə hər zaman dəstək verməyə, himayədarlıq etməyə hazır olduğunu bildirib.
Azərbaycanın Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov çıxışında noyabr ayında Lordlar Palatasında Azərbaycanla bağlı artıq ikinci tədbirin keçirildiyini diqqətə çatdırıb. Diplomat səfirliyin AAC-nin Birləşmiş Krallıqdakı fəaliyyətinə yaxından dəstək olacağını, artıq səfirliyin cəmiyyətlə birgə tədbir keçirdiyini bildirib.
Onun sözlərinə görə, Qara Qarayevin 90 illik yubileyi münasibətilə təşkil edilmiş konsertdə London Universitetində PhD (doktorluq) təhsili alan azərbaycanlı skripkaçı Sabina Rakçiyeva dahi bəstəkarın əsərlərindən musiqi parçaları ifa edib. Səfir AAC-nin ən vacib layihələrindən biri kimi azərbaycanlı qaçqınlar və muğam barədə çəkilən “My Surreal Duty” sənədli filmində erməni təcavüzü nəticəsində Qarabağdan məcburi köçkün düşmüş azərbaycanlıların acı taleyi, ağır yaşayışı və onların böyük musiqi irsindən bir vəhdət halında bəhs edilməsinin xüsusi maraq doğurduğunu vurğulayıb.
Tədbirin sonunda “My Surreal Duty” sənədli filminin rejissoru Nik Tiron ərsəyə gətirdiyi ekran işindən bir hissəni nümayiş etdirib, tədbir iştirakçılarına AAC-nin Londonda nəşr etdirdiyi “Biznes bülleten”, “Qafqazda və beynəlxalq siyasətdə Azərbaycanın rolu” və “Dağlıq Qarabağ” adlı broşurlar, həmçinin, “Azərbaycan: 100 Sual-cavab” kitabı paylanıb.
Mərasimdə Britaniya Parlamentinin üzvləri, Londonda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, ictimai-siyasi xadimlər, iş adamları və Azərbaycan icmasının fəalları iştirak ediblər.
Xəbər Lenti
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
"Nvidia" rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur
Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib
“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İranın Qeşm adasında 4 partlayış baş verib
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır
ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib
Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO
Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur
Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO - YENİLƏNİB
Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib
Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə böyük hesablı qələbə qazanıb
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb - VİDEO
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır - FOTO
İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - VİDEO - YENİLƏNİB
Qazaxda yük avtomobilinin sürücüsü sükan arxasında ölüb
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib
Soltan Məmmədov: Azərbaycançılıq məfkurəsi xalqımızı vahid amal ətrafında birləşdirən əsas ideoloji dayağımızdır
Ərdoğan: Qarabağda yenidən yanan hər ocaq Azərbaycan xalqının gələcəyə inamını göstərir